Xatun ölən qardaşına restoranda ad günü etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Xatun Əliyeva mərhum stilist qardaşı Balaşa ad günü edib.
BAKU.WS-in məlumatına görə, məclis şəhər restoranlarından birində keçirilib.
İfaçını həmin gün sənət dostları da tək qoymayıb. Əməkdar artist Mətanət İsgəndərli, müğənni Nazənin, aparıcı Lamiyə Ələkbərova da qonaqlar arasında olub.
"Qısa ömrün şərəfli yolu. Bu gün Balaşın Balaşsız günüdür. Yaşasaydı, 39-cu baharını qeyd edəcəkdik. Vaxtsız gedişin qəm yükümə fərmandır. Yazı yazan belə yazdı, əzizim. Xatirəsi sevənləri və doğmaları üçün əziz olan Balaş, yerin behişt, ruhun şad olsun. Mövludun mübarək", - deyə Xatun paylaşımında qeyd edib.
Xatırladaq ki, Balaş ötən il xərçəng xəstəliyindən dünyasını dəyişib.
Oxşar xəbərlər
Azərbaycanda 16 yaşlı tələbə qız sevgilisinə qoşulub qaçdı - VİDEO
Azərbaycanda 16 yaşlı kollec tələbəsi təhsilhaqqını ödəmək adı ilə evdən çıxıb və geri qayıtmayıb. Bunu Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verili...