Xankəndidə avtoxuliqanlıq edən iki qardaş saxlanıldı

Xankəndidə avtoxuliqanlıq edən iki qardaş saxlanıldı
Hadisə 132

Xankəndi şəhərində sürət yarışına çıxan qardaşlar saxlanılıblar.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Əslən Bərdə rayonunun Cəmilli kəndindən olan və Xankəndi şəhərində yaşayan Orxan Hümbətzadə və qardaşı Tural Baxışlı gecə saatlarında istifadələrində olan VAZ-21154 markalı 99-XD-195 qeydiyyat nişanlı və VAZ-21154 markalı 20-DH-355 qeydiyyat nişanlı avtomobillərlə şəhərin mərkəzi yolunda sürət yarışı həyata keçirməklə həmin hərəkətlərin videosunu çəkiblər.

Xənkəndi Şəhər Polis Şöbəsinin əməkdaşları kamera görüntüləri ilə həmin şəxsləri aşkarlayıblar və barələrində İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə inzibati icraat başlayıb.

Xankəndi Şəhər Məhkəməsinin qərarı ilə qardaşların hər biri bir il müddətinə sürücülük hüququndan məhrum edilməklə 500 manat cərimə olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı

Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı

Bakı Ağır Cinayətlər Məhkəməsində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsi, o cümlədən Poliklinika şöbəsinin müdiri Əlişirin Əliyevin, eləcə də Qab...

65 Hadisə 23:12 18 sentyabr 2026

Son xəbərlər