“Xan bağı”nda ağaclar kəsiləcək – FOTO
16
avq
2019
09:50
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhərində 6 ha ərazisi olan “Xan bağı” parkında 79 növ yerli və introduksiya olunmuş dekorativ ağac və kol bitkiləri üzərində monitorinqlər həyata keçirib.BAKU.WS xəbər verir ki, monitorinqlərin aparılmasında əsas məqsəd parklarda dekorativ ağac və kol bitkilərində fitosanitar vəziyyətlərin qiymətləndirilməsi, eyni zamanda iri gövdəli, yaşlı, tamamilə qurumuş, gövdəsi, iri budaqları və çətir hissəsi yarı qurumuş ağacların aşkar edilərək quruma səbəblərinin müəyyənləşdirilməsi olub.Monitorinq zamanı sağlam yaşıl ağaclarda, qismən və ya tamamilə qurumuş iri gövdəli ağacların (bitkilərin) xəstəlik və zərərverici ilə sirayətlənmə halları aşkar edilməyib. Lakin parkda bir neçə yaşlı, iri gövdəli ağacların (Eldar şamı, Akasiya, Kiparis, Kağız ağacı və s.) quruması müşahidə olunub.Sözügedən parkda quru ağacların qanunvericiliyə uyğun olaraq kəsilib götürülməsi ilə bağlı tədbirlər həyata keçirilməsi məqsədi ilə aidiyyəti qurumlara məlumatlar verilib.
Qalereya
Oxşar xəbərlər
Nazirlik ağac kəsdiyinə görə Dövlət Agentliyini cərimələdi
Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev və Ə.Haqverdiyev küçələrində yol çəkilişi zamanı ağacların kəsilməsi və zədələnməsi barədə Ekologiya və Təbii Sərvətlər...