Xaçmazda qatarın qarşısına qəfil insan çıxıb

Xaçmazda qatarın qarşısına qəfil insan çıxıb
Hadisə 58

Xaçmazda dəmir yolunu keçən şəxsi qatar vurub.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaraqurdlu kəndində baş verib.

Belə ki, həmin kənd sakini 1967-ci il təvəllüdlü Tərlan Poladov dəmir yolunu keçmək istəyərkən qatar onu vurub. Xəstəxanaya çatdırılan yaralı həkimlərin yardımlarına baxmayaraq, dünyasını dəyişib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Report"a bildirilib ki, bu gün saat 15:20 radələrində Xaçmaz-Çarxı sahəsində hərəkətdə olan qatarın qarşısına qəflətən bir nəfər kişi çıxıb.

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Əməkdaşlar tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb və həmin şəxs xəstəxanaya aparılıb.

"ADY bir daha insanları dəmiryol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Unutmaq olmaz ki, yol həmişə qatarındır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır".

Son xəbərlər