Vüqar Həşimovun atası vəfat edib
Mərhum şahmatçı Vüqar Həşimovun atası Qasım Həşimov vəfat edib.
BAKU.WS bu barədə məlumat əldə edib.
Məsələ ilə bağlı TƏBİB-dən BAKU.WS-ə bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alan Həşimov Qasım Murtuz oğlunun 08.01.2025-ci il tarixində saat 12:55-də ölüm faktı qeydə alınıb.
Pasiyentin ölümünün ilkin səbəbi kimi poliorqan çatışmazlığı qeyd olunur.
Göstərilən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Q.Həşimov 3 dekabr 2024-cü il tarixində bədən səthinin 55%-ni əhatə edən II və III dərəcəli yanıq xəsarətləri ilə ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olub.
Oxşar xəbərlər
Qız qaçırmaq istəyərkən dava düşdü - 4 yaralı var
Gəncə şəhərində kütləvi dava olub. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə zamanı 2012-ci il təvəllüdlü R. İ, 1984-cü il təvəllüdlü Samirə Hüsey...