Vüqar Biləcərilinin dəfn mərasimində iştirak edən daha iki tanınmış meyxanaçı cəzalandırıldı - FOTO

Vüqar Biləcərilinin dəfn mərasimində iştirak edən daha iki tanınmış meyxanaçı cəzalandırıldı - FOTO
Hadisə 963

Avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat etmiş meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcərili) dəfn mərasimində ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin kütləvi surətdə pozulması halı qeydə alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə sosial şəbəkələrdə və KİV-də həmin mərasimdən yayımlanan görüntülərdə daha 2 nəfər - Pərviz Məmmədov (Pərviz Bülbülə) və Rəşad Əmirov (Rəşad Dağlı) müəyyən ediliblər. Rayon Polis İdarəsinə dəvət olunan həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilərək 200 manat məbləğində cərimə olunublar.

Vüqar Biləcərilinin dəfn mərasimində iştirak edən daha iki tanınmış meyxanaçı cəzalandırıldı - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər