Vilayət Eyvazov Vaqif Əsədov və bütün DYP-nin şəxsi heyətini sərəncama götürdü

Vilayət Eyvazov Vaqif Əsədov və bütün DYP-nin şəxsi heyətini sərəncama götürdü
Hadisə 18381

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov yol polisi ilə bağlı əmr verib.

BAKU.WS“qafqazinfo”ya istinadən xəbər verir ki, nazirin əmri ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti sərəncama götürülüb.

Əldə etdiyimiz məlumata görə, hazırda bütün heyət iş başındadır, lakin hər kəs indiki vəzifəsində müvəqqətidir. Şəxsi heyətlə bağlı saf-çürük etmə işləri aparılır.

Yaxın günlərdə şəxsi heyət yenidən təsdiqlənəcək. Təsdiqləmə zamanı vəzifəsini itirənlər, başqa yerə təyinat alanlar, aşağı vəzifələrə göndərilənlər də olacaq.

DİN Mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov və Bakı DYP-nin sözçüsü Vaqif Əsədov bu məlumatı nə təsdiq, nə də təkzib ediblər.

Oxşar xəbərlər

Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi

Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr təyinatı ilə bağlı yeni əmr verib. BAKU.WS "qafqazinfo"ya istinadən xəbər verir ki, nazirin əmri ilə...

2652 Hadisə 12:01 09 yanvar 2020

Son xəbərlər