Vəzifəli şəxs İcra Hakimiyyətinin qarşısında bıçaqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda vəzifəli şəxs işlədiyi yerin qarşısında bıçaqlanıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən saat 15 radələrində şəhərin İnşaatçılar qəsəbəsində yerləşən Qubadlı Rayon İcra Hakimiyyətinin qarşısında baş verib. İnzibati binanın qarşısında RİH-in Memarlıq və Tikinti şöbəsinin aparıcı-məsləhətçisi vəzifəsində çalışan 1989-cu il təvəllüdlü Cavidan Mirzəyev döş qəfəsi nahiyəsindən bıçaqlanıb. Ağır xəsarət alan məmur xəstəxanaya aparılıb.
İlkin araşdırmalar zamanı hadisənin Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Rafiz Nəcəfov tərəfindən törədilməsi müəyyən edilib. O, tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
R.Nəcəfovun məmuru hansı səbəbdən bıçaqlaması hələlik məlum deyil.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...