Vətən müharibəsi qazisi bədbəxt hadisə nəticəsində vəfat etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsi qazisi Qəribov Nəriman İlham oğlu vəfat edib.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, bir həftə əvvəl komaya düşən 1989-cu il təvəllüdlü qazimiz bu gün dünyasını dəyişib.
Onun komaya düşməsinə isə öz evinin hamamında yıxılan zaman başının yerə dəyməsi olub.
Yaxınlarının verdiyi məlumata görə, Nəriman hadisədən əvvəl Türkiyədə müalicə olunurmuş. Həmin vaxt evlərinə oğru girib və ailəsi bunu Nərimanın səhhətinə görə ondan gizlədib. Bakıya qayıdanda isə o, hadisəni öyrənib, elə həmin gün də hamamda olarkən yıxılıb.
Qeyd edək ki, Nəriman Qəribov Vətən müharibəsi zamanı könüllü şəkildə döyüşlərə iştirak edib. Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa, uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşıb. Vətən torpaqlarının işğaldan azad olunması uğrunda böyük şücaət və fədakarlıqla döyüşərək yaralanıb.
Qalereya
Oxşar xəbərlər
Arvadını kənddə qonşu kişi ilə tutdu və ... - Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ
Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publik...