Vəhşicəsinə qətlə yetirilən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 2-də itkin düşən və mayın 14-də Lənkəranda meyiti tapılan Cəlilabad rayon Muğan kənd sakini Könül Ağayevanın nənəsi də vəfat edib.
BAKU.WS Bakupost.az-a istinadən xəbər verir ki, Gülxara Ağayeva uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.
Məlumat üçün bildirək ki, Könülün son zəngi məhz nənəsinə olub. O, bu ilin martın 1-də hər hansısa bir telefonla nənəsinə zəng edib, lakin daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Və bir neçə gün əvvəl meyiti Lənkəranda Hacı Zeynalabdin Tağıyev küçəsi, 1 ünvanındakı evin zirzəmisində aşkarlanıb.
Onun qətlində şübhəli bilinən Lənkəran rayon sakini Elvin İsmayılzadə artıq polis tərəfindən saxlanılıb.
Oxşar xəbərlər
Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı - YENİLƏNİB + VİDEO
22 yaşlı Könül Ağayevanın qəsdən öldürülməsində şübhəli bilinən Elvin İsmayılzadənin görüntüləri yayılıb. Baku TV həmin görüntüləri təqdim edir: ***11:35 Xəbər...