“Vaz 2107” markalı maşını oğurlayıb satan şəxs saxlanılıb - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xətai rayon sakini olan bir nəfərin “Vaz 2107” markalı avtomobili naməlum şəxs tərəfindən qaçırılıb.
Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.
Zərərçəkən polisə müraciət edən kimi avtomobilin axtarışlarına başlanılıb. Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zəki İsmayılov saxlanılaraq istintaqa təqdim edilib.
O, ifadəsində qaçırdığı avtomobili satdığını bildirib. Oğurluq avtomobil polis əməkdaşları tərəfindən tapılaraq sahibinə qaytarılıb.
Faktla bağlı Zəki İsmayılov barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, Xətai Rayon Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Qalereya
Oxşar xəbərlər
Bakıda evlərdən külli miqdarda oğurluq edilib - FOTO/VİDEO
Bakıda evlərdən 113 min manatlıq oğurluq edilib. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxt...