Vasif Talıbovun şirkəti CƏZALANDIRILDI

Vasif Talıbovun şirkəti CƏZALANDIRILDI
Hadisə 304

Valyuta tənzimi qaydalarının pozulmasına görə, “Gəmiqaya şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində 8 protokol tərtib edilib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi üzrə təqsirli bilinir.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Protokollar baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, “Gəmiqaya şirkəti” MMC Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsusdur. Onun oğlu Rza Talıbov uzun müddət “Gəmiqaya” Holdinqin prezidenti olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda şirkət 1,2 milyon manat cərimələndi

Azərbaycanda şirkət 1,2 milyon manat cərimələndi

Sabunçu Rayon Məhkəməsi “Call Center” MMC-nin 701 736 ABŞ dolları (təxminən, 1 milyon 200 min manat) cərimə edilməsi barədə qərar çıxarıb. BAKU.WS-in xəbərinə g...

1314 Hadisə 16:36 14 mart 2020

Son xəbərlər