"Pepsi" şirkəti Azərbaycanda cərimələnib

Pepsi şirkəti Azərbaycanda cərimələnib
Hadisə 661

Maliyyə Bazarlarına Nəzarət Palatası valyuta tənzimi qaydalarının pozulmasına görə, “Mars Overseas Baku LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin ("Pepsi") 3052,5 avro (təxminən 5700 manat) məbləğində cərimələnməsi barədə protokol tərtib edib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilib.

Bu qərardan verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Mars Overseas Baku LTD” MMC 1999-cu ildən Azərbaycanda "Pepsi" və digər adlar altında sərinləşdirici içkilərin istehsalçısıdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

“Kristal Abşeron” cərimə edilib

“Kristal Abşeron” cərimə edilib

“Kristal Abşeron” MTK reklam haqqında qanunvericiliyin pozulmasına görə 5 min manat cərimə edilib. BAKU.WS "report"a istinadən xəbər verir ki, Səbail rayon Məhk...

563 Hadisə 10:51 23 dekabr 2019

Son xəbərlər