Vasif Talıbovun keçmiş şirkəti parçalandı
Yeniliklərdən dərhal xəbərdar olun
“Arkoz İnşaat Şirkəti” MMC “Gəmiqaya İnşaat” MMC-nin tərkibindən ayrılıb.
BAKU.WS modern.az-a istinadla xəbər verir ki, bu barədə “Arkoz İnşaat Şirkəti”ndən bildirilib.
Məlumata görə, “Arkoz İnşaat Şirkəti” MMC ayrılmadan sonra yenidən təşkil edilib.
“Arkoz İnşaat Şirkəti” MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 8,2 milyon manat olan şirkətin qanuni təmsilçisi Volkan Ozerdir.
Qeyd edək ki, əvvəllər Naxçıvan Ali Məclisinin sabiq rəhbəri Vasif Talıbova məxsus olan “Gəmiqaya Holdinq”in adı dəyişdirilərək “Arkoz Holdinq” olub.
Oxşar xəbərlər
Vasif Talıbova məxsus daşınmaz əmlakların sənədləri itib
Naxçıvanda yerləşən "Gəmiqaya Şirkəti" MMC-yə məxsus torpaq sahələrinin çıxarışları və digər sənədləri itib. "Report"un əldə etdiyi məlumata görə, bununla bağlı...