Varlı müştərilərə VİP xidmət göstərən azərbaycanlı fahişələr tutuldu (VİDEO)

Varlı müştərilərə VİP xidmət göstərən azərbaycanlı fahişələr tutuldu (VİDEO)
Video
Hadisə 7278
Antaliyada fahişəlik etdikləri məlum olan qadınlar saxlanılıb. BAKU.WS-in məlumatına görə, polislər fahişəliyə cəlb edilən 23 qadını saxlayıb. 21 xarici, 2 türk əsilli qadın və onlara yardım edən şübhəli şəxslər ələ keçib. Şübhəlilər telefon və tanışlıq saytları vasitəsilə müştərilərə qadınları təşkil etməklə məşğul olub. Fahişə şəbəkəsi Belekdə və Antaliyanın ən məşhur turizm mərkəzlərindən biri olan Kadriyedə fəaliyyət göstərir. 22 ev və 10 otelə 200 polisin iştirakı ilə həyata keçirilən əməliyyatda basqın edilib. Aralarında ədliyyə, vergi, təhlükəsizlik əməkdaşı, gözətçi və elektrik şirkəti işçilərinin də olduğu 9 vəzifəli şəxs saxlanılıb. Saxlanılan fahişələr arasında isə Azərbaycandan, Qazaxıstan və Rusiyadan olan qadınlar olub. Şəbəkə varlı müştərilərə VİP xidmət göstərirmiş. NazimBAKU.WS

Son xəbərlər