Türkiyədə fahişə əməliyyatı - azərbaycanlı qadınlar iş başında yaxalandı

Türkiyədə fahişə əməliyyatı - azərbaycanlı qadınlar iş başında yaxalandı
Hadisə 2191
Türkiyənin Karaman şəhərində fahişəlik etdikləri iddiasıyla 5 əcnəbi qadın saxlanılıb. BAKU.WS-in məlumatına görə, polis əməkdaşları əməliyyat keçirərək qadınları fahişəliyə cəlb edən Azərbaycan əsilli Ülkər adlı qadını təqib edib. Qadının izinə düşən polislər Ülkəri və azərbaycanlı, gürcüstanlı 4 qadını iş başında yaxalayıb. Karaman Dövlət Xəstəxanasında müayinədən keçirilən qadınlardan ikisində cinsi yolla keçən xəstəlik olduğu məlum olub. Polis şöbəsindəki əməliyyatlardan sonra işi məhkəməyə göndərilən Ülkər şərti azadlığa buraxılıb. Saxlanılan 4 qadın isə sərhəddən deportasiya edilib.NazimBAKU.WS

Son xəbərlər