Üzərindən "KamAZ" keçən şəxs xəstəxanada ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Şabran rayonunda dəmir yolu xəttinin inşası zamanı bədbəxt hadisə baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, "KamAZ" markalı yük avtomobili həmin ərazidə çalışan işçi, 1992-ci il təvəllüdlü Rüstəmov Rüstəm Ağacan oğlunun üzərindən keçib.
Nəticədə R.Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Rüstəm Rüstəmovun xəsarətləri ağır olduğuna görə paytaxtdakı xəstəxanaların birinə göndərilib. Həmin xəstəxanada həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, sözügedən tikintini "Kolin İnşaat" şirkəti həyata keçirir.
Oxşar xəbərlər
Bakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsində iştirak edən sürücülərin kimliyi məlum olub. Baş Dövlət Yol Polisi İdarə...