Üzərində silah və narkotik gəzdirən şəxs saxlanılıb

Üzərində silah və narkotik gəzdirən şəxs saxlanılıb
Hadisə 66

Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində odlu silah gəzdirməkdə şübhəli bilinən rayon sakini Cavid Bəyəliyev saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, şəxsi axtarış zamanı onun üzərindən yarım kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd lüləsi kəsilmiş odlu silah tüfəng və bir ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər