Usta iş yerində qolunu itirdi
13
iyn
2023
13:34
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İmişlidə karxanada ustanın ağır xəsarət alması ilə nəticələnən partlayış olub.
Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 12-si saat 17 radələrində Bəhrəmtəpə qəsəbəsində yerləşən “Türkaz” MMC-yə məxsus qum-çınqıl karxanasında təmirçi işləyən 1990-cı il təvəllüdlü İlqar Qurbanov iş yerində təmir etdiyi nəqliyyat vasitəsinin təkərinin partlaması nəticəsində sol qolunu itirib.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda bir neçə sahibkara cinayət işi başlanılıb
Azərbaycanda bir neçə sahibkara cinayət işi başlanılıb. Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, qurumun Cinayə...