Uşaqların satdığı salfetdə narkotik olması ilə bağlı yalan məlumat yayan şəxs saxlanılıb - VİDEO

Uşaqların satdığı salfetdə narkotik olması ilə bağlı yalan məlumat yayan şəxs saxlanılıb - VİDEO
Video
Hadisə 687

Sosial şəbəkə seqmentlərində yol kənarında uşaqların satdığı salfetlərin arasında narkotik olması ilə bağlı yalan məlumatlar yayan şəxs – Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran Abumislimov polis tərəfindən saxlanılıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Əməldə hüquq pozuntusunun tərkib əlamətləri olduğuna görə, habelə insanlar arasında çaşqınlıq yaradan yalan məlumatlar yayan K.Abumislimov barəsində toplanmış materiallar baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər