Uşaqları “otlamağa məcbur edən” şəxs həbs olundu - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Uşaqlarını videoya çəkən Şamaxı rayon sakini Polis Şöbəsinə gətirilib.
Bunu açıqlamasında DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov azyaşlı uşaqları həyətyanı sahədə otlamağa məcbur edən və videoya çəkərək sosial şəbəkədə paylaşan şəxsdən danışarkən deyib.
E.Zahidov qeyd edib ki, əhalinin çaşqınlığına səbəb olan məlumatlar, videogörüntülər daim diqqət mərkəzindədir:
“Uşaqlarla bağlı görüntü sosial şəbəkədə yayılan kimi dərhal tədbirlər görüldü. Məlum oldu ki, bu adam Şamaxı rayon sakini İkram Xudiyevdir. Uşağın biri onun öz övladı, biri isə qohumunun uşağıdır. İ.Xudiyev dərhal polis şöbəsinə gətirilib, izahatı alınıb. İ.Xudiyev etiraf etdi ki, guya videonu zarafatla çəkib. Ancaq buna baxmayaraq, o, inzibati qaydada məhkəmənin qərarı ilə 10 sutka həbs edilib”.
Oxşar xəbərlər
Rus qadının evində işləyən 3 usta onu bağladı, dəfələrlə zorladı və... - Bakıda ŞOK
Bakıda qadına evində təcavüz etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Camal Xudiyevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib –...