Uşaq dünyaya gətirən 11 yaşlı qızla bağlı YENİ XƏBƏR: Qardaşı da... - VİDEO

Uşaq dünyaya gətirən 11 yaşlı qızla bağlı YENİ XƏBƏR: Qardaşı da... - VİDEO
Video
Hadisə 7308

İmişli rayon sakini 11 yaşlı qızın uşaq dünyaya gətirməsi faktı ilə bağlı görülən tədbirlərin davamı olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, eləcə də psixoloq uşağın yerləşdirildiyi xəstəxanada olub, vəziyyətin ilkin qiymətləndirilməsini aparıb.

BAKU.WS-in məlumatına görə, komitədən APA-ya bildirilib ki, həmçinin Dövlət Komitəsi İmişli rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya ilə birgə müvafiq fəaliyyəti davam etdirir. Belə ki, Komissiyanın nümayəndəsi tərəfindən zərərçəkmişin qardaşının da vəziyyətini qiymətləndirmək məqsədilə ailəyə səfər edilib. Nəticədə ailədə digər azyaşlı oğlana da psixoloji dəstəyin göstərilməsinə ehtiyacı olduğu müəyyən edilib.

Qeyd edilib ki, hər iki istiqamətdə psixoloji dəstəyin davam etdirilməsi ilə yanaşı, aparılan istintaqın nəticəsindən asılı olaraq, yetkinlik yaşına çatmayan qız və qardaşının, eləcə də körpənin mənafeyinə uyğun müvafiq qərarlar qəbul ediləcək və onların dövlət müəssisəsinə yerləşdirilməsi məsələsinə baxılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda 17 yaşlı qızı qaçırdılar

Azərbaycanda 17 yaşlı qızı qaçırdılar

Bərdə rayonunda 17 yaşlı qızın iki dəfə ailə həyatı qurmuş şəxs tərəfindən qaçırılması məsələsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi t...

977 Hadisə 14:09 03 sentyabr 2020

Son xəbərlər