Uşağın əlindən "İPhone 16"sını alıb "20 Yanvar"da satdı
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib.
BAKU.WS xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "İPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 18 yaşlı İbrahim Əbilov müəyyən edilərək saxlanılıb. Onun ələ keçirdiyi mobil telefonu metronun "20 Yanvar" stansiyasının yaxınlığında satdığı da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...