“Ümid” partiyasının sədr müavininin itkin düşən qızı və qardaşı oğlu tapıldı - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
“Ümid” partiyasının sədr müavini Tamilla Qulaminin itkin düşən qızı və qardaşı oğlu tapılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə T.Qulami bildirib. Sədr müavininin sürücüsü zəng edərək uşaqların tapıldığını deyib və hazırda onları götürməyə gedirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov da bildirib ki, 15 yaşlı Aişə Məmmədli və 12 yaşlı Famil Qulaminin yeri müəyyən olunub və ailələrinə təhvil veriləcək.
Ehsan Zahidov qeyd edib ki, polis partiya mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara eyni münasibətdədir: "Uşaqların yoxa çıxması ilə bağlı polisə məlumat daxil olan kimi onların tapılması istiqamətində axtarış tədbirləri başlayıb. Tez bir zamanda uşaqların yeri müəyyənləşdirilib".
***
20.20
"Ümid" partiyasının sədr müavini Tamilla Qulaminin qızı və qardaşı oğlu itkin düşüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Tamilla Qulami özü məlumat verib.
Bildirib ki, onun 15 yaşlı qızı və 12 yaşlı qardaşı oğlu bu gün saat 14:00 radələrində Elmlər Akademiyası yaxınlığında yerləşən ünvandakı evdən çıxıb və geri qayıtmayıblar.
Sözügedən şəxsləri görənlərdən yaxınlıqdaki polis bölməsinə xəbər vermələri, yaxud 055 321 02 04 nömrəsinə zəng etmələri xahiş olunur.
Qeyd edək ki, hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət olunub
Qalereya
Oxşar xəbərlər
Hamilə gəlinin hamamda başına gətirilən DƏHŞƏT - Azərbaycanda ŞOK ƏMƏL
“Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin Lənkəran rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin rəisi vəzifəsində işləm...