Özünü qatarın altına atan oğlan vəfat etdi - Şəhid qardaşı imiş

Yanvarın 7-də Bakı Metropoliteninin "Ulduz" stansiyasında özünü qatarın altına atan gənc vəfat edib.
BAKU.WS xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Tovuz rayon sakini 2007-ci il təvəllüdlü Aslanov Saməddin Sakit oğlu açıq kəllə-beyin travması ilə daxil olduğu Sabunçu Tibb Mərkəzində ötən gecə dünyasını dəyişib.
Bildirilir ki, intihar edən gənc 1-ci kurs tələbəsidir.
Şəhid Vüsal Vəliyevin qardaşı Elyar Vəliyev bildirib ki, Saməddin Vətən müharibəsi şəhidi Babək Aslanovun qardaşıdır. O, intihar etməzdən əvvəl sosial şəbəkədə bunun anonsunu verib və ağır psixoloji vəziyyətdə olduğunu, intiharına görə heç kimin günahkar olmadığını bildirib.

08.01.2025 ***10:21
"Yanvarın 7-də saat 22:44-də 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd edilib ki, ona baş beynin travması diaqnozu qoyulub, zəruri tibbi yardımlar göstərilib və dərhal əməliyyata alınıb.
"Hazırda müalicəsi Cərrahi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, dünən Bakı metropoliteninin "Ulduz" stansiyasında sərnişin relsin üzərinə düşərək xəsarət alıb.
Oxşar xəbərlər
Göygöldə 68 yaşlı kişi qəbiristanlıqda öldü
Göygöl rayonunda 68 yaşlı kişi qəbiristanlıqda ölüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Balçılı kəndinin ərazisində yerləşən qəbiristanlıqda baş...
