Ukraynada azərbaycanlı biznesmen oğurlanıb: Avtomobilin nömrəsini üç dəfə dəyişib, xanımını qorxudublar

Ukraynanın Odessa şəhərində itkin düşən azərbaycanlı iş adamı, diaspor nümayəndəsi Vüqar Fərhad oğlu Osmanov barəsində yeni təfərrüat məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, biznesmen aprelin 16-sı Odessa şəhərində idman zalına gedib və bir daha geri qayıtmayıb.
O bildirib ki, idman zalından Vüqar Osmanovun çıxması kameralar tərəfindən qeydə alınıb:
"Bir neçə naməlum şəxs tərəfindən maşına əyləşdirilir və aparılır. Hara aparılır, niyə aparılır - bu isə məlum deyil. Yerli polis onun ailə yaxınlarına hələ də bir məlumat vermir".
Dostu ehtimal edir ki, Vüqar Osmanov Kiyev şəhərinə aparılıb:
"Vüqar evlidir. Dörd uşağı var. O itkin düşəndən sonra yoldaşı polisə müraciət edib, izahat yazıb. Vüqar 12 yaşlı oğlunu izləmək üçün telefonuna tətbiq yükləmişdi. Oradan aldığı siqnal ilə övladının harada olduğunu bilirdi. Elə özü itkin düşəndən sonra oğlu həmin tətbiq vasitəsilə atasının harada olduğunu müəyyən edib. 30 nəfər adam və polisin axtarış qrupu ilə Kiyevə yollanıblar. Çünki telefon oradan siqnal verirdi. Ancaq onlara Kiyevə keçməyə icazə verməyiblər.
Maraqlı məqamlardan biri də budur ki, idman zalından çıxarılıb maşına mindirildikdən sonra nəqliyyat vasitəsinin dövlət nömrə nişanı üç dəfə dəyişdirilib".
S.K. əlavə edib ki, Ukraynada kimisə günahlandırmaq istəyirlərsə, "vətən xaini" damğasını vururlar:
"Burada elədir ki, kiminsə bir az pulu varsa, onu geri atmaq istəyirlərsə, "vətən xaini" adlandırırlar. Biz kömək istəyirik ki, heç olmasa, onun sağ olub-olmaması barədə ailəsinə məlumat verilsin".
Dostu vurğulayıb ki, Vüqar Osmanovun ailəsi də təhlükə altındadır:
"Vüqarın xanımına kimsə zəng vurmuşdu, jarqon, qeyri-etik sözlər işlədərək hədə-qorxu gəlirdi".
O, Vüqar Osmanovun Sumqayıt şəhərində doğulub-böyüdüyünü, uzun müddət Ukraynada yaşadığını söyləyib.
Həmçinin əlavə edib ki, Vüqar Osmanov Odessa şəhərində "Abşeron" adlı restoranın sahibidir.
*** 14:55
Ukraynanın Odessa şəhərində azərbaycanlı iş adamı, diaspor nümayəndəsi oğurlanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 1972-ci il təvəllüdlü Vüqar Fərhad oğlu Osmanov aprelin 16-dan itkin düşüb.
Yerli polisin müşahidə kameraları vasitəsilə ilə apardığı araşdırma nəticəsində müəyyən olnub ki, V. Osmanov Odessa şəhərində iaşə obyektlərindən birindən çıxarkən, naməlum şəxslər tərəfindən avtomobilə əyləşdirilərək naməlum istiqamətə aparılıb. Həmyerlimizlə indiyədək heç bir əlaqə yoxdur. Yerli polis onun yaxınlarına hələ də bir məlumat vermir.
Qeyd edək ki V. Osmanov Ukrayna vətəndaşıdır və Odessada Azərbaycan diasporunun fəal üzvüdür.


Oxşar xəbərlər
Bakıda bank kartı və pul talamaqda şübhəli bilinən qadın ƏLƏ KEÇDİ
Paytaxtın Xətai rayonunda yerləşən evlərin birindən 7 400 manat dəyərində qızıl-zinət əşyası, 70 manat və 900 dollar oğurlanıb. Bu barədə BAKU.WS-ə DİN-in Mətbu...