Ukrayna çempionunun qızı oğurlanıb - FOTO

Ukrayna çempionunun qızı oğurlanıb - FOTO
Hadisə 241

Su polosu üzrə Ukrayna çempionu Yevgeni Obedinskinin kiçik qızı oğurlanıb.

BAKU.WS UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Hüquq-mühafizə orqanları Mariupolda 12 yaşlı qızın qaçırılması ilə bağlı araşdırmalara başlayıb.

İstintaqın məlumatına görə, uşaq müharibə başlayanda atası ilə birgə olub. O, evlərinə mərmi düşməsi nəticəsində atasını itirib.

Azyaşlı Mariupolu tərk etmək istəyərkən xəsarət alıb. Daha sonra Rusiya Silahlı Qüvvələrinin nümayəndələri onu Donbasa aparıblar.

Uşağın babası Donetskdə Kalinin adına xəstəxanada olan nəvəsi ilə "Skype" vasitəsilə əlaqə saxladığını bildirib. O, nəvəsinin başqa yerə köçürülməsindən və uşaq evinə verilməsindən narahatdır.

Qeyd edək ki, azyaşlı erkən yaşlarında anasını itirib.

Xatırladaq ki, Yevgeni Obedinski martın 17-də Mariupolda evlərinə mərmi düşməsi nəticəsində ölüb. Onun 3 övladı qalıb.

Ukrayna çempionunun qızı oğurlanıb - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər