Üç futbolçu Azərbaycan millisindən QOVULDU
Yeniliklərdən dərhal xəbərdar olun
Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.
BAKU.WS xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Üç futbolçu - Xəyal Fərzullayev ("Sumqayıt"), Qurban Səfərov ("Şamaxı") və Elcan Əbilov ("Neftçi") heyətdən kənarlaşdırılıb. Onlar nizam-intizam qaydalarını pozduqlarına görə baş məşqçi Miloş Velebitin qərarı ilə yığmadan qovulublar.
Əvəzində "Qəbələ" klubunun üzvü - qapıçı Məmməd Muradov heyətə cəlb olunub.
Qeyd edək ki, U-19 iyunun 7-də və 10-da Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.
Oxşar xəbərlər
Vidadi Muradov bu qədər pulu mənimsəyibmiş
Bu gün "Azərxalça" ASC-nin İdarə heyətinin sədri Vidadi Muradov külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Vidadi Murad...