Üç ay əvvəl evlənən cütlük ağır qəzaya düşdü, oğlan öldü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmirdə üç avtomobilin iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, qəzada ölən Rauf Bəkirov kənd təsərrüfatı sahəsində çalışan gənc mütəxəssis olub.
Qəza zamanı R.Bəkirov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişini, həyat yoldaşı Ruşanə Əliyeva isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb.
Bildirilir ki, R.Bəkirov şirkətlərdən birində aqronom kimi çalışırmış. O, bu il iyunun 22-də Ruşanə ilə ailə həyatı qurubmuş.
Hadisə yeni evlilər rayondan Bakıya qayıdarkən baş verib.
Oxşar xəbərlər
Əri Rusiyada olan qadın tanış olduğu kişi ilə saunada görüşdü - Döyüldü və zorlandı
Bakıda 1989-cu il təvəllüdlü Aqşin Ağayev sosial şəbəkədə tanış olduğu qıza qarşı seksual xarakterli hərəkətlər edib. BAKU.WS “teleqraf.com”a istinadən xəbər ve...