Ucarda sürücü sükan arxasında ölü tapılıb
15
fev
2021
21:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkir rayon sakini Ucar rayonunda müəmmalı şəkildə ölüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə gündüz saatlarında Bakı-Qazax avtomobil yolunun Ucar rayonunun Bərgüşad kəndindən keçən hissəsində qeydə alınıb.
Şəmkir rayon sakini olduğu deyilən, hələlik ad və soyadı dəqiq məlum olmayan şəxs "Mercedes" markalı minik maşınının sürücüsüdür və maşında ölüb. Meyit ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Ekspertizanın rəyindən sonra ölümün dəqiq səbəbi məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Kürdəmirdə dəhşətli qəza - 4 ölü, 6 yaralı - FOTO
Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir...