Üç min erməni Qarabağı tərk edib (RƏSMİ)

06
apr
2016
12:17
Üç minə yaxın erməni Dağlıq Qarabağda qoşunların təmas xəttindəki gərginliyə görə ərazini tərk ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Yerevan ofisi məlumat yayıb. Ofisin nümayəndəsi Zara Amatuninin sözlərinə görə, itkin düşənlərlə bağlı hələlik heç bir məlumat yoxdur. "İtkin düşənlərlə bağlı BQXK-ya rəsmi müraciət edilməyib. Bununla belə, bu cür müraciətlərin olacağı halda BQXK bu məsələ üzrə neytral vasitəçi kimi çıxış etməyə hazırdır".
BAKU.WS

Oxşar xəbərlər
Erməni əhalisi kütləvi şəkildə Qarabağdan qaçır
Qarabağda yaşayan ermənilər artıq işğal olunmuş Azərbaycan torpaqlarını kütləvi şəkildə tərk etməyə başlayıb. BAKU.WS-in məlumatına görə, sosial şəbəkələrdə Q...