Üç gün əvvəl itkin düşən keçmiş hərbçinin meyiti zibillikdə tapıldı
Bakıda 3 gün əvvəl itkin düşən 62 yaşlı Kutais Şəkər oğlu Xəlilov ölü vəziyyətdə tapılıb.
BAKU.WS Bakıvaxtı.az-a istinadla xəbər verir ki, o, 21 noyabr 2025-ci il tarixində səhər saat 10 radələrində yaşadığı evdən çıxmış və bir daha geri qayıtmamışdı. Onun Suraxanı, Xətai, NZS, Neftçilər və "Sovetski" adlanan ərazilərdə görüldüyü bildirilmişdi.
Ailə üzvlərinin verdiyi məlumata əsasən, itkin düşmüş şəxs bu gün Əmircan qəsəbəsi ərazisində, zibillikdə ölü halda aşkarlanıb.
Qeyd edək ki, K.Xəlilov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub və uzun müddət hərbçi kimi xidmət edib. O, son olaraq Suraxanı Su Kanal İdarəsində çalışıb.
Oxşar xəbərlər
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb
Bakının Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirl...