Türkiyəyə gedən azərbaycanlı ailə faciə yaşadı - meyiti 2 gün sonra tapıldı

15
avq
2018
11:22
Azərbaycanlı yeniyetmə Türkiyədə yol qəzasında ölüb. BAKU.WS-in məlumatına görə, hadisə İzmir şəhərində baş verib. Qohumunu ziyarət üçün ailəsiylə birlikdə Azərbaycandan Türkiyəyə yollanan Nail Quliyev "35 VTL 59" dövlət nömrəli motosikletlə gəzintiyə çıxıb.Ancaq bir neçə saat keçməsinə baxmayaraq evə qayıtmayan Nail Quliyevin ailəsi Jandarmaya müraciət edib. İki gün aparılan axtarışdan sonra Nailin cəsədi yol kənarında tapılıb. Məlum olub ki, dəbilqə taxmayan Nail Quliyev motosiklet sürərkən idarəetməni itirib və nəqliyyat vasitəsini aşırıb. Nail Quliyevanın cansız bədəni "Berqama Necla Mithat Öztüre Dövlət Xəstəxanası"na aparılıb. Jandarma qəza ilə bağlı araşdırmalara başlayıb. AbbasBAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı gənc qız Türkiyədə şəlalədən yıxıldı - Meyiti 2 saata tapıldı
Türkiyəyə istirahətə gedən 27 yaşlı Azərbaycanlı Məryəm Ömərova şəlalədən yıxılaraq dünyasın dəyişib.BAKU.WS unikal.org-a istinadən xəbər verir ki, Türkiyənin M...
