Türkiyədəki partlayışda 5 nəfər ölüb, 63 nəfər yaralanıb - FOTO/VİDEO - YENİLƏNİB

Türkiyədəki partlayışda 5 nəfər ölüb, 63 nəfər yaralanıb - FOTO/VİDEO - YENİLƏNİB
Foto Video
Hadisə 267

Türkiyədə baş verən güclü partlayışda ölənlərin və yaralananların sayı artıb.

BAKU.WS xəbər verir ki, hazırda 5 ölü və 63 yaralı qeydə alınıb.

Bu barədə ”Haber Global” məlumat yayıb.

Ərazidə xeyli sayda təcili yardım, xilasedicilər və polis əməkdaşları var. Yaxınlıqda yerləşən 11 binaya ciddi ziyan dəyib.

****17:20

Türkiyədə un məmulatları mağazasında güclü partlayış baş verib.

BAKU.WS NTV-yə istinadən xəbər verir ki, İzmir şəhərinin Torbalı rayonunda qeydə alınan hadisə zamanı 4 nəfər ölüb.

20 nəfər müxtəlif dərəcələri bədən xəsarətləri alıb.

Partlayış baş verən əraziyə çox sayda təcili yardım cəlb edilib.

Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. 20 yaralıdan 10-nun vəziyyəti ağırdır.

Hadisənin qaz sızması səbəbindən olduğu ehtimal edilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər