Türkiyədəki dəhşətli zəlzələ dəmiryolu xəttini belə bükdü - VİDEO

Türkiyədəki dəhşətli zəlzələ dəmiryolu xəttini belə bükdü - VİDEO
Video
Hadisə 388

Türkiyənin Kahramanmaraş və Qaziantep bölgələri arasında yerləşən dəmiryolu xətti istifadəyə yararsız vəziyyətə düşüb.

BAKU.WS xəbər verir ki, Türkoğlu bölgəsi Şekeroba məhəlləsində yerləşən xətt 7,7 bal gücündə baş verən zəlzələ nəticəsində demək olar ki, yer dəyişdirib.

Dəmiryolu xətti güclü zəlzələnin təsirindən bükülərək "S" formasına düşüb, xəttə vurulan beton pilitələr yerlərindən çıxaraq parça-parça olub.

Təbii fəlakət dəmiryolu xəttini bükərək yerləşdiyi səviyyədən iki metr yüksəyə qaldırıb.

Xətt istifadəyə yararsız hala düşdüyü üçün ora qatarların gediş-gəlişi dayandırılıb.

BAKU.WS həmin görüntüləri təqdim edir:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər