Türkiyədə zəlzələdə həlak olan azərbaycanlı iş adamı Salyanda dəfn olunub - FOTO - YENİLƏNİB

Türkiyədə zəlzələdə həlak olan azərbaycanlı iş adamı Salyanda dəfn olunub - FOTO - YENİLƏNİB
Foto
Hadisə 308

Türkiyədə zəlzələ qurbanı olan azərbaycanlı iş adamı, 1965-ci ildə Salyanda anadan olmuş Əliyev Eldəniz Həbib oğlu doğulduğu Arbatan kənd qəbristanlığında torpağa tapşırılıb.

“Report”un məlumatına görə, mərhum bu gün Salyana gətirilərək dəfn edilib.

Qeyd edək ki, E.Əliyev 40 ildən çox idi ki, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayıb, ticarətlə məşğul olub. İş adamı biznesi ilə əlaqədar Türkiyənin Hatay şəhərində səfərdə olarkən burada baş verən dağıdıcı zəlzələnin qurbanı olub.

***09:59

Türkiyədə zəlzələ zamanı həlak olan Azərbaycan əsilli Rusiya vətəndaşı, 1965-ci ildə Salyanın Arbatan kəndində anadan olmuş Əliyev Eldəniz Həbib oğlunun cənazəsi doğulduğu rayona gətirilib.

“Report”un məlumatına görə, mərhumun cənazəsi bu gün Arbatan kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, E.Əliyev 40 ildən çoxdur ki, Sankt-Peterburqda yaşayıb, ticarətlə məşğul olub. İş adamı biznesi ilə əlaqədar Türkiyənin Hatay şəhərində səfərdə olarkən baş verən dağıdıcı zəlzələnin qurbanı olub.

Türkiyədə zəlzələdə həlak olan azərbaycanlı iş adamı Salyanda dəfn olunub - FOTO - YENİLƏNİB

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər