Türkiyədə vəfat edən azərbaycanlı həkim sabiq icra başçısının bacısı qızı imiş
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə vəfat edən azərbaycanlı həkim Fərqanə Abbasovanın nəşi Azərbaycana gətirilib.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, mərhum Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.
Fərqanə Abbasova infarktdan vəfat etsə də, Türkiyə mətbuatı gənc həkimin intihar etməsi ilə bağlı iddialar irəli sürüb. Abbasovanın yaxınları intihar xəbərlərini yalanlayıblar.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin məzunu olan Fərqanə Abbasova təhsilini Türkiyədə davam etdirib. O, təhsilini başa vurduqdan sonra bu ölkədə ixtisası üzrə çalışıb.
Fərqanə Abbasova Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin bacısı qızıdır.
Oxşar xəbərlər
Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat
Bakının Sabunçu rayonunda 2 yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb. BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Anaşkin küçəsində baş verib. Məl...