Türkiyədə mikroavtobus avtomobilə çırpıldı - 7 YARALI VAR - FOTO

Türkiyədə mikroavtobus avtomobilə çırpıldı - 7 YARALI VAR - FOTO
Hadisə 4

Türkiyədə ağır yol nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Sivaslı-Uşak magistral yolunda mikroavtobusla maşın toqquşub. Hadisə zamanı 7 nəfər yaralanıb.

Mikroavtobus geriyə dönməyə cəhd edən avtomobilə çırpılıb. Hadisə yerinə təcili tibbi yardım maşını, polis və yanğınsöndürmə xidmətinin əməkdaşları cəlb olunublar.

Bildirilib ki, qəza zamanı yaralanan 7 nəfərdən 4-ü avtomobildə, 3-ü isə mikroavtobusda olub.

Adları şərti qeyd edilən 19 yaşlı B.Y., 49 yaşlı S.B., 23 yaşlı A.T.Y., 58 yaşlı D.K., 40 yaşlı F.K. və 22 yaşlı E.D. dərhal xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı cinyət işi açılıb araşdırma aparılır.

Türkiyədə mikroavtobus avtomobilə çırpıldı - 7 YARALI VAR - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər