Türkiyədə dünyanın ən böyük məscidi açıldı - VİDEO
04
may
2019
10:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İstanbulda cümə namazı zamanı yeni Böyük Çamlıca məscidinin açılışı baş tutub.BAKU.WS xəbər verir ki, dünyanın ən böyük məscidi sayılan Böyük Çamlıcanın açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmilər. Həmçinin dünyanın müxtəlif ölkələrdən təşrif gətirən dini xadimlər, bir çox ölkələrin rəsmiləri də iştirak ediblər.Açılış mərasimində çıxış edən Ərdoğan bu məscidin açılışının Türkiyə tarixində böyük dönüş olduğunu vurğulayıb. “Bu məscidin insanlarla dolub-daşması, vətəndaşlarımızın öz dini dəyərlərinə sahiblənməsinin göstəricisidir. Böyük Çamlıca məscidi insanlarsız qalmayacaq”, - deyə Ərdoğan bildirib.Ərdoğan həmçinin İslam dinindən istifadə edən terrorçulara da səslənib: “Günahsızların öldürülməsi, ibadətgahların bombalanması cihad deyil. Bu vəhşətdir, cinayətdir və terrordur”.Qeyd edək ki, Böyük Çamlıca məscidi 63 min insan tutur. Məscidin dua etmək və namaz qılmaq üçün zalında 25 min insan yerləşir. Məscidin digər yerlərinə isə 12500 insan sığışır. Məscidin həyətinə isə 22500 insan sığışır.Ziya SƏCCADBAKU.WS
Qalereya
Oxşar xəbərlər
Türkiyədə dünyanın ən böyük məscidi tikildi – VİDEO
Türkiyədə dünyanın ən böyük məscidi tikilib.BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul şəhərində tikilən bu məscid bu gün açılıb. Məscidin aç...