Türkiyədə dəhşət! 16 yaşlı əmisi qızı ilə evlənmək istəyən 41 yaşlı kişi cinayət törətdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Samsun şəhərində dəhşətli qətl hadisəsi törədilib.
BAKU.WS xəbər verir ki, uzun müddətdir 16 yaşlı əmisi qızı ilə evlənmək istəyən 41 yaşlı Erkan onların evinə silahla hücum edib. Buna səbəb ailənin və qızın Erkanla izdivaca razı olmamasıdır. O, silahla evə girərək əmisi arvadını qətlə yetirib, əmisi qızını isə ağır yaralayıb.
Erkan cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb. Silah səsi eşidən qonşuları polis və təcili yardım çağırıblar.
16 yaşlı qız şəhər xəstəxanasına, qətlə yetirilən anası isə morqa aparılıb. Polis araşdırma apararaq qısa zamanda qatili öz evində yaxalaya bilib.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Əxlaqsız qızını tualetdə tutan atadan dəhşətli əməl - VİDEO
Ötən il oktyabrın 31-i saat 22 radələrində Quba rayon Barlı kənd sakini, 1991-ci il təvəllüdlü Zeynab İmanquliyeva qətlə yetirilib. BAKU.WS BAKU.TV-yə istinadən...