Azərbaycanlıların Türkiyədə xilas edilmə anı - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Artvin vilayətinin Hopa rayonunda azərbaycanlıların da olduğu quru yük gəmisi sahilə çıxıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, gəmidə olan 13 heyət polad kəndirlərlə təxliyə edilib.
Belə ki, güclü fırtınada meydana gələn nəhəng dalğalar səbəbindən Palau bayraqlı quru yük gəmisi "FR Pearl" Artvinin Hopa rayonu sahillərində sahilə sürüklənib. Daha sonra bölgəyə, Türkiyənin Sahil Təhlükəsizlik, polis, xilasetmə və sağlamlıq qüvvələri cəlb edilib.
Komandolar 6-sı türk, 5-i azərbaycanlı və 2-si indoneziyalı olmaqla, 13 ekipaj üzvünün təxliyəsi üçün işə başlayıb.
Şəxsi heyət gəmi ilə quru arasından çəkilmiş polad kəndirlərlə sahilə çıxarılıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...