Türkiyədə 70-ə yaxın şəxs iş yerində qidadan zəhərlənib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin İzmir şəhərində yerləşən keramika fabrikinin 68 işçisi qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
BAKU.WS bu barədə DHA agentliyinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, hadisə işçilərin zavodda nahar etməsindən sonraya təsadüf edib. Onlar ürəkbulanma və qusma şikayəti ilə xəstəxanaya müraciət edirlər.
Bəzi işçilər ambulator müalicə üçün evə buraxılıb, halı pis olanlar isə müalicələrini xəstəxanada davam etdirəcəklər.
İşçilərin yedikləri yeməklərdən müayinə üçün nümunələr götürülüb, hüquq-mühafizə orqanları insidenti araşdırır.
Oxşar xəbərlər
Qonşusunu boğaraq öldürüb həyətində basdırmaqda təqsirləndirilən cütlüyə hökm oxundu
Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, həyat yoldaşı Gülnar Müzəffərova və qaynı Qasım Xankişiyevin cinayət işi üzrə məhkəmə prose...