Türkiyə vətəndaşı idarə etdiyi avtomobillə piyadanı vuraraq öldürüb - FOTO
Kürdəmir rayonunda Türkiyə vətəndaşının idarə etdiyi avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Nuray Kırcı “KİA Optima” markalı nəqliyyat vasitəsi ilə İmişli istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış “Mitsubishi” markalı avtomobilə minmək istəyən Ağcabədi rayon sakini 1972-ci il təvəllüdülü Abdullayeva Natavan Eldar qızını vurub.
Hadisə zamanı zərbənin təsirindən bir neçə metr aralıya düşən piyada elə hadisə yerindəcə dünyasını dəyişib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.//report
Qalereya
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...