Kürdəmirdə mikroavtobus piyadanı vuraraq öldürdü - FOTO

Kürdəmirdə mikroavtobus piyadanı vuraraq öldürdü - FOTO
Foto
Hadisə 55

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb. Sürücü, Ağdaş rayon sakini, 38 yaşlı Nəbizadə Mövlud Məhəmmədnəbi oğlunun idarə etdiyi "Ford" markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən piyada - Kürdəmir rayon Sığırlı kənd sakini Qarayev Əliqisməti vurub. Zərbənin təsirindən piyada elə hadisə yerindəcə ölüb.

Ə.Qarayevin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda “Porsche” piyadanı vurub öldürdü - VİDEO

Bakıda “Porsche” piyadanı vurub öldürdü - VİDEO

Bakıda yolu keçmək istəyən 68 yaşlı qadını avtomobil vurub. BAKU.WS-in "Xəzər Xəbər"ə istinadən məlumatına görə, piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliy...

1025 Hadisə 15:27 03 noyabr 2021

Son xəbərlər