Türkiyə və Azərbaycan komandoları Davraz dağının zirvəsini fəth ediblər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə komandoları İsparta və İqdir rayonları ərazisində yerləşən Davraz dağına yürüş ediblər.
BAKU.WS xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, yürüşdə Azərbaycan və Somalidən olan və hazırda Türkiyədə kurs keçən komandolar da iştirak edib.
“Şəhidlərin xatirəsini anmaq üçün təşkil edilən yürüşdə 3 min komando iştirak edib. Şəhidlərimizin xatirəsini ehtiramla yad edirik”, - nazirlikdən bildirilib.
Yürüşün sonunda Darvaz dağının zirvəsinə qalxılıb, orada komandolar müxtəlif marşlar oxuyublar, Azərbaycan, Türkiyə, Somali bayraqları açılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...