Turizm şirkətinin aldatdığı vətəndaşlar aeroporta qalıb
07
avq
2019
13:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın günlərdə sosial şəbəkələrdə insanlara saxta otel və ümumilikdə tur sənədləri təqdim etməklə onları aldadan "Dəniz travel" barədə məlumat yayılıb.BAKU.WS "turizmplus.az"-a istinadən xəbər verir ki, yayılan məsələni araşdırmaq üçün şirkətin rəhbəri Azadə xanımla əlaqə saxlamaq istəsək də, onun telefonuna zəng çatmayıb. Bizə verilən məlumatlara görə, Azadə xanım hazırda xəstəxanadadır.Daha sonra Azərbaycan Turizm Assosiasiyasinin icraçı direktoru Əhməd Qurbanovla əlaqə saxladıq. Əhməd bəy bu haqda təşkilata şikayət daxil olduğunu və Assosiasiyanın üzvlərinin məsələ haqqında məlumatlandırıldığını bildirdi.Qeyd edək ki, "Summer tour" turoperatoru fevral ayından etibarən "Dəniz travel" şirkətinə sistemə giriş qadağası qoyub. Bu haqda Ayxan Allazlı məlumat verib. Onun sözlərinə görə onlar bu şirkətin saxtakarlıq etmə təhlükəsini əvvəldən seziblər. Azərbaycan Turizm Şirkətləri Assosiasiyasi ilə də əlaqə saxladıq. Təşkilatın mətbuat xidmətinin rəhbəri Orxan Bədəlov bu haqda heç bir şikayətin daxil olmadığını, məsələ haqqında məlumatsız olduqlarını bildirib. O, həm də, bu cür məsələlər üçün hələlik heç bir nəzarət mexanizminin olmadığını qeyd edib.Xatırladaq ki, pulları əvvəlcədən alınan sərnişinlər aeroportda qalıblar. Onların nə otelləri, nə də aviabiletleri var.
Oxşar xəbərlər
Rusiyanın ən iri turizm agentlikləri Azərbaycanın turizm potensialı ilə tanış olur - FOTOLAR
Rusiya bazarının ən məşhur turizm agentlikləri şəbəkələrindən birinin nümayəndələri ölkənin turizm imkanları ilə tanış olmaq və onların Rusiya bazarında gələcək...