Toylara görə 2 nəfər cərimələnib, 50 nəfər şənliyə buraxılmayıb

Toylara görə 2 nəfər cərimələnib, 50 nəfər şənliyə buraxılmayıb
Hadisə 18

Ötən gün toylara görə 2 nəfər cərimələnib, 50 nəfər şənliyə buraxılmayıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 8-də DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 99 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 97 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 50 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Toyda karantin qaydalarını pozan şəxs həbs edildi

Toyda karantin qaydalarını pozan şəxs həbs edildi

Yanvarın 21-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərind...

3 Hadisə 15:01 22 yanvar 2022

Son xəbərlər