Toy karvanında "avtoş"luq edib yola pul səpdilər
Qubada toy karvanında avtoxuliqanlıq edən avtomobillərin görüntüləri yayılıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, görüntüləri sosial şəbəkədə jurnalist Dəyanət Babayev paylaşıb.
Videoda bir neçə avtomobilin Qubanın mərkəzində bəy-gəlin maşınını müşayiət edərkən yol hərəkəti qaydalarını pozmasını, maşınlardan birində olan şəxsin isə yola pul səpməsini görmək mümkündür.
DİN-in Mətbuat xidmətinin regional bölməsindən bildirilib ki, görüntülərlə bağlı araşdırma aparılır.
Qeyd edək ki, xeyli vaxtdır Azərbaycanda toy karvanlarında qayda pozulmalarına qarşı maarifləndirmə işləri görülür. Bununla belə, neqativ hadisələrə də rast gəlinir.
Son olaraq elə Quba rayonunda 4 gün əvvəl toy karvanında baş verən ağır qəza 23 yaşlı oğlanın ölümünə səbəb olmuşdu.
Oxşar xəbərlər
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanılıb
Səbail rayonunda yük avtomobilindən 370 manat və bank kartının oğurlaması barədə polisə məlumat daxil olub. BAKU.WS xəbər verir ki, polis əməkdaşlarının həyata...