Tovuzda zəncirvari qəza, 3 avtomobil toqquşdu - FOTO

Tovuzda zəncirvari qəza, 3 avtomobil toqquşdu - FOTO
Foto
Hadisə 186

Tovuz rayonunda VAZ-2107 markalı avtomobil 3 avtomobillə toqquşub.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düz Cırdaxan kəndində baş verib.

Rayon sakini 1995-ci il təvəllüdlü İbrahimov Qismət Amallədin oğlu idarə etdiyi VAZ 2107 markalı avtomobilin idarə etməsini itirib. Nəticədə sürücü avtomobili öncə işıq dirəyinə çırpıb, daha sonra isə yol kənarında dayanan iki VAZ 2107 və VAZ 2106 markalı avtomobilə çırpılıb. Xoşbəxtlikdən hər üç avtomobil boş olub.

Qəzanı törədən sürücü Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün çənə sümüyünün sındığı ehtimal olunur.

Faktla bağlı araşdırma başlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər