Tovuzda mikroavtobus və maşın toqquşdu - Sərnişin öldü

Tovuzda mikroavtobus və maşın toqquşdu - Sərnişin öldü
Hadisə 28

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən verilən məlumata görə, noyabrın 7-də saat 7 radələrində Tovuz şəhərinin ərazisində Bayramlı kənd sakini B.İsgəndərovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə Yuxarı Öysüzlü kənd sakini N.Hüseynovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus toqquşub.

Nəticədə B.İsgəndərovun sərnişini Asif Alıyev hadisə yerində ölüb.

Tovuz RPŞ-də araşdırma aparılır.//qafqazinfo

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər